Fransada keçirilən G7 sammiti zamanı Avropa liderləri ABŞ Prezidenti Donald Trampa Ukraynada müharibənin davam etdirilməsi ilə bağlı zərərli fikirlər aşılayıblar.
Reyting.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
O qeyd edib ki, Ağ Ev rəhbəri döyüş meydanındakı vəziyyətin Kiyevin xeyrinə dəyişdiyinə inanır, lakin Kremlin mövqeyinə görə, bu, həqiqəti əks etdirmir.
Uşakov deyib: “Ukrayna məsələsi G7 sammiti çərçivəsində fəal şəkildə müzakirə olunub. Gözlənildiyi kimi, Tramp, mən deyərdim ki, yəqin ki, faydasız, hətta zərərli fikirlərlə məşğul edilib”.
Uşakovun sözlərinə görə, Kreml G7 sammitindən sonra hələlik Tramp administrasiyası ilə əlaqə saxlamayıb.
Putinin köməkçisi əlavə edib ki, “avropalılar ABŞ Prezidentinə mənfi təsir göstərirlər”, lakin Tramp güclü siyasətçidir və öz mövqeyinə sadiq qalır.
“Avropalılar müharibənin davam etməsində israr edirlər. Onlar döyüş meydanındakı vəziyyətin guya Ukrayna qüvvələrinin xeyrinə dəyişdiyi barədə tamamilə yanlış təsəvvürə əsaslanırlar. Bu isə qətiyyən doğru deyil”, - deyə Uşakov vurğulayıb.
Onun sözlərinə görə, ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner yaxın vaxtlarda Rusiyaya səfər edə bilərlər.
Eyni zamanda, Uşakov bildirib ki, onlar İranla mümkün saziş üzərində işləməyə davam edirlər. Bu səbəbdən sözügedən səfərlərin dəqiq tarixi hələ müəyyənləşdirilməyib.
Y. Qacar