Advert
Advert

Krımda təyyarə qəzasında 29 nəfər həlak olub

Tarix:
Krımda təyyarə qəzasında 29 nəfər həlak olub
Reklam

Rusiyaya məxsus “An-26” təyyarəsi Krımda qəzaya uğrayıb.

Reyting.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hərbi-nəqliyyat təyyarəsi qayaya çırpılıb

Təyyarənin göyərtəsində 6 ekipaj üzvü və 23 sərnişin olub. 

Rusiya Müdafiə Nazirliyi bildirib ki, qəzanın ilkin səbəbi texniki nasazlıqdır.

Məlumatda deyilir ki, axtarış-xilasetmə qrupu “An-26” təyyarəsinin qəzaya uğradığı yeri müəyyənləşdirib. Hadisə yerindən verilən məlumata görə, martın 31-də Moskva vaxtı ilə saat 18-də qayaya çırpılan təyyarədəki 6 ekipaj üzvü və 23 sərnişinin hamısı həlak olub.

V. Quliyev

Reklam