Advert
Advert

Krımdakı uşaq düşərgələri ayın sonuna qədər bağlı qalacaq

Tarix:
Krımdakı uşaq düşərgələri ayın sonuna qədər bağlı qalacaq
Reklam

Hazırda Rusiyanın nəzarətində olan Krımda uşaq düşərgələrinin rezervasiyası, qəbulu və yerləşdirilməsi 1 sentyabra qədər dayandırılıb. 

Reyting.az xəbər verir ki, bunu yarımadanın Rusiya tərəfindən təyin olunmuş rəhbəri Sergey Aksyonov “Telegram”da bildirib.

“Krım Respublikasında 22 iyun 2026-cı il tarixində saat 11:00-dan 1 sentyabr 2026-cı il tarixinə qədər respublikada yerləşən uşaq istirahət və sağlamlıq müəssisələrində uşaqların və uşaq qruplarının rezervasiyasının, qəbulunun və yerləşdirilməsinin dayandırılması tətbiq olunacaq. Buraya həmçinin müxtəlif turizm və digər tədbirlərdə iştirak etmək üçün uşaqların və uşaq qruplarının digər yaşayış müəssisələrində rezervasiyasının, qəbulunun və yerləşdirilməsinin dayandırılması da daxil olacaq”, - deyə o qeyd edib.

Aksyonov müvafiq qərarın artıq qəbul edildiyini vurğulayıb və tətbiq olunan məhdudiyyətlərə anlayışla yanaşmağa çağırıb.

“Hazırkı vəziyyətdə bu tədbirlər ictimai təhlükəsizliyi təmin etmək üçün zəruridir”, - deyən Aksoyunun bunun səbəbini göstərməyib.

V. Quliyev
 

Reklam