Kənd Təsərrüfatı Nazirliyində yeni mətbuat katibi təyinatı olub.
Reyting.az xəbər verir ki, bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sözçüsü Elnur Niftəliyev məlumat yayıb.
Onun məlumatına əssən, Ramin Qurban Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri təyin olunub.
Xatırladaq ki, Ramin Qurban bu təyinata qədər "Azərtac-da işləyib.
Onu da bildirək ki, KTN-nin mətbaut katibi Vüqar Hüseynovun azadedilmə xəbərini ilk dəfə Mia.az saytı yayıb. Xəbərdə onun Həmkarlar İttifaqı Konfederasiyasının mətbuat katibi təyin edildiyi bildirilib.