Kubanın keçmiş prezidenti Raul Kastronun nəvəsi Raul Gilyermo Rodriges Kastro ABŞ lideri Donald Trampla dialoqa açıq olduğunu bəyan edib.
Reyting.az "USA Today" qəzetinə istinadla bildirir ki, o, iyun ayında Havanada verdiyi müsahibədə "Mən istənilən ABŞ nümayəndəsi ilə danışıqlar apara bilərəm. Əgər fürsət yaranarsa, əlbəttə ki, Trampla da danışıqlar apararam",- deyib.
O, siyasətin heç vaxt onun vəzifəsi olmadığını, lakin bir məqamda "inqilabi işimizdə belə bir iştirak tələb olunarsa" hazır olacağını qeyd edib.
Bundan əlavə, Kastro Kubanın müəyyən şərtlər altında "siyasi məhbusları azad etməyə" hazır olacağını bildirib.
E. Kamal