Kuba hücuma məruz qalacağı təqdirdə özünümüdafiə hüququndan istifadə edəcək.
Reyting.az xəbər verir ki, bunu Kubanın Xarici İşlər Nazirliyi bəyan edib.
Departamentin H. saytında dərc olunmuş açıqlamasında deyilir: "Əgər Kubaya hücum edilərsə, o, qanuni özünümüdafiə hüququndan istifadə edəcək".
Şənbə günü “The New York Times” (NYT) mənbələrə istinadla bildirib ki, ABŞ Kuba inqilabının liderlərindən biri, ordu generalı Raul Kastronun ələ keçirilməsi üçün əməliyyatı istisna etmir.
Daha əvvəl Amerika mediası ABŞ-ın 94 yaşlı Kastroya qarşı 1996-cı ildə Kuba Hərbi Hava Qüvvələrinin Mayamidə yerləşən mühacir təşkilatı "Brothers to the Rescue"-yə məxsus iki təyyarəni vurması ilə əlaqəli ola biləcək ittihamlar irəli sürməyə hazırlaşdığını bildirmişdi.
Xatırladaq ki, Tramp əvvəllər dəfələrlə Amerika qoşunlarının Kubaya hücum ehtimalını bildirmişdi.
E. Kamal