Kuba Prezidenti Migel Dias-Kanel inqilab veteranı və ölkənin tanınmış dövlət xadimlərindən biri olan Ramiro Valdes Menendezin vəfatı ilə əlaqədar iyunun 23-də ölkədə milli matəm elan edib.
Reyting.az xəbər verir ki, matəm günü ərzində Kubanın bütün ərazisində dövlət bayraqları yarıya qədər endiriləcək.

Ramiro Valdes Menendez iyunun 21-də 94 yaşında dünyasını dəyişib. O, 1953-cü ildə Fidel Kastronun rəhbərliyi ilə həyata keçirilən Monkada kazarmalarına hücumun iştirakçılarından biri olub və Kuba inqilabının aparıcı simalarından sayılıb. Menendez uzun illər ərzində ölkənin siyasi həyatında mühüm rol oynayıb, müxtəlif yüksək dövlət və partiya vəzifələrində, o cümlədən vitse-baş nazir postunda fəaliyyət göstərib.
Kuba rəhbərliyi onun vəfatını ölkə üçün böyük itki kimi dəyərləndirir.
V. Quliyev