Advert
Advert

Kubanın yanacaq ehtiyatı tükənib

Tarix:
 Kubanın yanacaq ehtiyatı tükənib
Reklam

Hazırda Kubanın yanacaq ehtiyatları tamamilə tükənib ki, bu da ölkə boyu elektrik enerjisinin uzun müddət kəsilməsinin əsas səbəblərindən biridir.

Reyting.az xəbər verir ki, bu barədə “Mesa Redonda” portalına Kubanın Energetika və mədən naziri Visente de la O'Levi bildirib. 

 Nazir deyib ki, ölkədə mazut və dizel yanacağı ehtiyatı da tükənib. “Əlimizdə olan yeganə şey yataqlarımızdan hasil edilən səmt qazı və yerli neftdir”, – nazir əlavə edib. 

O qeyd edib ki, Kuba dekabrdan bəri kənardan yanacaq tədarük etməyib və yeganə əhəmiyyətli yük adaya dörd ay bundan əvvəl Rusiyanın ianəsi şəklində gəlib.

V. Quliyev
 

Reklam