Advert
Advert

Küveyt hərbçiləri İran gəmisinə hücum edib

Tarix:
Küveyt hərbçiləri İran gəmisinə hücum edib
Reklam

İranın xarici işlər naziri Abbas Əraqçi Küveyt Hərbi Dəniz Qüvvələrinin Fars körfəzində İran gəmisinə hücum etdiyini bildirib.

Reyting.az xəbər verir ki, Əraqçi bu barədə “X” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, hadisə zamanı dörd İran vətəndaşı da saxlanılıb. Əraqçi belə hərəkətlərin gərginliyin artmasına səbəb olduğunu qeyd edib.

İranın xarici işlər naziri saxlanılan vətəndaşların dərhal azadlığa buraxılmalarını tələb edib və Tehranın qisas almaq hüququnu özündə saxladığını bildirib.

E. Kamal
 

Reklam