Advert
Advert

KXDR-də dəyişiklik: Cənubi Koreya rəsmən "düşmən ölkə" elan olunub

Tarix:
 KXDR-də dəyişiklik: Cənubi Koreya rəsmən
Reklam

Şimali Koreya Xalq Demokratik Respublikasının (KXDR) konstitusiyasından Cənubi Koreya dövləti ilə birləşməklə bağlı xüsusi ifadələr çıxarılıb və Cənubi Koreya rəsmi şəkildə "düşmən ölkə" elan edilib.

Reyting.az xarici mətbuata istinadla bildirir ki, konstitusiya dəyişikliyi KXDR lideri Kim Çen In tərəfindən verilən  təklif əsasında qəbul olunub.

KXDR konstitusiyasının yeni redaksiyasında ölkənin ərazisi ilk dəfə coğrafi baxımdan daha əhatəli, daha dəqiq şəkildə təsvir olunub. Bu sənədə əsasən artıq KXDR ərazisinə quru, dəniz akvatoriyaları və hava məkanı da daxildir.

Dəyişikliklərə görə, Kim Çen In yenə rəsmi şəkildə iqtidara rəhbərlik edən bir dövlət başçısı kimi tanınıb. 

Şimali Koreyanın lideri həmçinin nüvə silahlarının idarə edilməsi ilə bağlı qəbul olunan qərarların fövqündə duran rəhbər kimi təkbaşına komandanlıq səlahiyyəti də əldə edib.

Konstitusiyada KXDR özünü "nüvə silahına malik məsul dövlət" kimi təqdim edib, eyni zamanda, bu sənəddə nüvə potensialının inkişaf etdirilməsi xüsusi vurğulanıb. 

Ekspertlərin fikrincə, artıq yeni redaksiyada təqdim olunmuş sənəddə sərhədlərlə bağlı bəzi dəyişikliklərin olması, həm də müxtəlif cizgilərin dəqiq göstərilməməsi Pxenyanın mövcud vəziyyətdə gərginlikdən qaçmağa çalışdığını göstərir.

Oqtay Qorçu
 

Reklam