Advert
Advert

La Liqaya son vəsiqə uğrunda dörd komanda yarışacaq

Tarix:
La Liqaya son vəsiqə uğrunda dörd komanda yarışacaq
Reklam

İspaniya Sequndasında (La Liqa 2) mövsümün sonuncu - 42-ci turu başa çatıb.

Reyting.az xəbər verir ki, bununla da elit diviziona son vəsiqə uğrunda mübarizə aparacaq pley-off iştirakçıları və yarımfinal cütləri müəyyənləşib.

“Pley-off”a 3-6-cı yerləri tutan “Almeriya”, “Malaqa”, “Las-Palmas” və “Kastelyon” yüksəlib. Yarımfinalda aşağıdakı cütlər üz-üzə gələcək:

“Almeriya” – “Kastelyon”;
“Malaqa” – “Las-Palmas”.

İlk oyunlar iyunun 6-7-də, cavab görüşləri isə iyunun 9-10-da keçiriləcək. Çempionatı 3-cü və 4-cü pillələrdə başa vuran komandalar cavab matçlarını öz meydanlarında oynayacaqlar. İki oyunun və əlavə vaxtın yekununda bərabərlik qeydə alınarsa, növbəti mərhələyə turnir cədvəlində daha yüksək yeri tutmuş komanda vəsiqə qazanacaq.

Final da iki oyundan ibarət olacaq. İlk qarşılaşma iyunun 14-də, cavab görüşü isə iyunun 20-də keçiriləcək.

Qeyd edək ki, Sequndanın çempionu “Rasinq” (Santander) və “Deportivo” (La-Korunya) birbaşa La Liqaya vəsiqə qazanıblar.(QOL.az)

Reklam