Uzun illərdir ki, Latviya Respublikasında 17 iyun tarixi İşğal Günü kimi anılır. Bu il də ölkə üzrə bütün rəsmi binalarda qaldırılan dövlət bayraqlarına matəm lentləri bağlanıb.
Reyting.az xatırladır ki, 1940-cı il iyunun 17-də sovet qoşunları Latviyaya daxil olub. Məlum olduğu kimi, kommunist terroru və genişmiqyaslı repressiyalar nəticəsində formalaşdırılan yeni yerli hakimiyyət sonradan İosif Stalinin göstərişi ilə ölkənin SSRİ-yə birləşdirilməsini təmin edib.
Oqtay Qorçu