Advert
Advert

Lavrov və BQXK rəhbəri Ukrayna məsələsini müzakirə edib

Tarix:
Lavrov və BQXK rəhbəri Ukrayna məsələsini müzakirə edib
Reklam

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spolyariç Ukrayna münaqişəsi ilə bağlı humanitar məsələləri, o cümlədən Rusiya tərəfinin Kiyev barədə irəli sürdüyü iddiaların araşdırılması istiqamətində əməkdaşlığı müzakirə ediblər.

Reyting.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 1-də Rusiyaya işgüzar səfər edən Miryana Spolyariç Sergey Lavrovla görüşüb.

Nazirliyin açıqlamasına əsasən, görüşdə Rusiya tərəfinin "Kiyev rejiminin törətdiyi cinayətlər" kimi xarakterizə etdiyi hadisələr barədə məlumatların yoxlanılması istiqamətində görülən birgə işlərin nəticələri, həmçinin BQXK ilə Rusiyanın humanitar və insan hüquqları qurumları, o cümlədən Donbas bölgəsində əməkdaşlığın inkişafı müzakirə olunub.

Məlumata görə, tərəflər beynəlxalq humanitar hüquqa ciddi riayət olunmasının və bu sahədə siyasiləşdirilməmiş əməkdaşlığın vacibliyini vurğulayıblar.

Görüşdə Ukrayna ilə yanaşı, İran, Suriya, Fələstin, Yəmən, eləcə də Afrika və Cənub-Şərqi Asiyadakı vəziyyət ətrafında da fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin Rusiya ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında müntəzəm dialoqun davam etdirilməsində və praktik əməkdaşlığın genişləndirilməsində qarşılıqlı maraqlı olduqlarını bildiriblər.

E. Kamal
 

Reklam