Almaniyanın Leypsiq Şəhər Məhkəməsi şəhərin mərkəzində piyadaları vurub-qaçmaqda şübhəli bilinən şəxsin istintaqa qədər ruhi dispanserə yerləşdirilməsinə qərar verib. Leypsiq prokurorluğu və polisin birgə məlumatında qeyd olunur ki, 33 yaşlı şübhəlinin ilkin müayinəsi nəticəsində ən azı “anlağın əhəmiyyətli dərəcədə azalması” əlamətləri aşkar edilib.
Reyting.az-ın “Reuters”ə istinadla verdiyi məlumata görə, məhkəmə qeyd edib ki, həmin şəxs öz avtomobilindən “mümkün qədər çox insanı öldürmək və ağır yaralamaq üçün” istifadə etmək niyyətində olub.
Həmçinin o da qeyd olunur ki, istintaq hücumçunun əməllərində heç bir siyasi və ya dini motiv aşkar etməyib.
V. Quliyev