Ötən gecə Fransada Liqa 1-də mövsümün qalibi müəyyənləşib.
Reyting.az-ın məlumatına görə, 29-cu turundan təxirə salınmış matçda PSJ ən yaxın izləyicisi "Lans"ı səfərdə 2:0 hesabı ilə məğlub edib ki, bu da Luis Enrikenin komandasının sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirib.
"Lans"-PSJ - 0:2
Qollar: Kvaratsxeliya, 29. Mbaye, 90+3.
PSJ ardıcıl 5-ci, ümumilikdə isə 14-cü dəfə çempion adını qazanıb. Paytaxt təmsilçisi son 14 ildə 12 dəfə çempion olub ki, bu, Fransa tarixində rekord göstəricidir.(Qol.az)