Advert
Advert

Litva ABŞ qoşunlarının sayını artırmaq istəyir

Tarix:
Litva ABŞ qoşunlarının sayını artırmaq istəyir
Reklam

Litva Prezidenti Gitanas Nausėda bildirib ki, Avropa ABŞ qoşunlarının qitədə qalmasını təmin etmək üçün mümkün olan hər şeyi etməlidir. O, Litvanın əlavə hərbi qüvvələr qəbul etməyə hazır olduğunu da vurğulayıb.

Reyting.az xəbər verir ki, Litva Prezidenti bu açıqlamanı mayın 7-də jurnalistlərə müsahibəsi zamanı verib.

Nausėdanın sözlərinə görə, Vaşinqtonun regiona diqqətini qoruyub saxlaması olduqca vacibdir və NATO müttəfiqləri ABŞ-ın diqqətinin Avropadan yayınmaması üçün çalışmalıdırlar.

“İlk növbədə, Almaniyadan çıxarıla biləcək bu qoşunların Avropada qalmasında maraqlıyıq”, - deyə o əlavə edib.

Prezident qeyd edib ki, qoşunların rotasiyası baş verərsə, Litva əlavə müttəfiq qüvvələri qəbul etməyə hazırdır.

“Biz Litvada mümkün qədər çox müttəfiq qəbul etməyə hazırıq. 2027-ci ilin sonuna qədər 5 min alman əsgərinin ölkəmizə yerləşdirilməsi gözlənilir. Hazırda ərazimizdə 1000-dən çox amerikalı hərbçi var və gələcəkdə daha çox qüvvə qəbul etməyə, həmçinin bütün infrastruktur öhdəliklərimizi yerinə yetirməyə hazırıq”, - deyə Litva Prezidenti bildirib.

Mediada yayılan məlumatlara görə, qoşunların geri çəkilməsi ilk növbədə Almaniyanın Vilsek şəhərində yerləşən ABŞ-ın mexanikləşdirilmiş briqadasına təsir göstərə bilər.

Xatırladaq ki, Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış ölkəsinin ABŞ ilə Polşadakı Amerika hərbi kontingentinin saxlanılması və genişləndirilməsi ilə bağlı danışıqlar apardığını açıqlayıb.

Bu fonda Polşa Prezidenti amerikalı həmkarı ilə telefon danışığı aparıb.

Y. Qacar
 

Reklam