İsrailin dörd hərbçisi - kapitan Noam Madmoni, baş çavuş Ben Koen, baş çavuş Maksim Antis və baş çavuş Gilad Harel Livanda öldürülüb.
Reyting.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu hərbçilərin ölüm xəbərini təsdiqləyib.
Baş nazir yazıb: "Həyat yoldaşım və mən, bütün İsrail vətəndaşları ilə birlikdə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralıların tezliklə sağalması üçün dua edirik".
O, əlavə edib ki, İsrail hərbçiləri Livanda “Hizbullah”la döyüşdə həlak olublar.
V. Quliyev