Böyük Britaniya hökuməti Ukraynaya böyük həcmdə kredit ayırmaq üçün Avropa təşəbbüsünə qoşulmaqdan ötrü rəsmi danışıqlara getməyi planlaşdırır.
Reyting.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, ölkə Avropa İttifaqının (Aİ) Ukraynaya verdiyi 78 milyard funt-sterlinq (106 milyard dollar) kreditinə qoşulmaq üçün danışıqlara başlamaq niyyətindədir.
Bundan əvvəl isə “The Wall Street Journal” (WSJ) yazmışdı ki, Aİ-nin Ukraynaya 90 milyard avroluq krediti kifayət etməyə bilər, çünki vəsait təsdiqləndikdən sonra Kiyevin ehtiyacları artıb.
Y. Qacar