"Ermənistanla işimizdə daha nəzakətli və diqqətli olmalıyıq. Bilirsiniz, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işini dəstəkləmir, amma eyni zamanda üzv olaraq qalır. Çox nəzakətli olmalıyıq”.
Reyting.az BelTA-ya istinadla bildirir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko 6 apreldə KTMT-nin baş katibi Talatbek Masadikovla görüşündə bildirib.
Onun sözlərinə görə, Ermənistan xüsusən də seçki dövründə çox çətin vəziyyətdir: “Buna görə də Ermənistanla münasibətlərimizdə çox diqqətli və ehtiyatlı olmalıyıq".
E. Kamal