Belarus Prezidenti Aleksandr Lukaşenko ikitərəfli münasibətləri müzakirə etmək üçün Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşməyə hazır olduğunu bildirib.
Reyting.az-ın məlumatına görə, Lukaşenko Zelenski ilə Ukraynanın istənilən yerində və ya Belarusda görüşə hazırdır.
"Əgər o, nəyisə müzakirə etmək, məsləhət almaq və ya başqa bir şey istəsə, xahiş edirəm, buyursun. Biz buna açığıq. Mən onunla istənilən yerdə - Ukraynada, Belarusda görüşməyə və Belarus-Ukrayna münasibətlərinin problemlərini müzakirə etməyə hazıram. Hətta bəlkə də, gələcək haqqında danışmağa. Nədənsə, amerikalılar, almanlar, polyaklar, litvalılar və latışlarla müzakirə edəcək çox şeyimiz var, amma Ukrayna ilə heç nə yoxdur", - deyə o əlavə edib.
E. Kamal