Prezident İlham Əliyev Apellyasiya məhkəmələri sədrlərinin, məhkəmə kollegiyası sədrinin, birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb.
Reyting.az xəbər verir ki, Sərəncama əsasən aşağıdakı hakimlər apellyasiya məhkəmələrinin sədrləri təyin ediliblər:
Əkbərov Mübariz Dosməmməd oğlu – Bakı Apellyasiya Məhkəməsinin sədri
Paşayev Tofiq Temir oğlu – Sumqayıt Apellyasiya Məhkəməsinin sədri
Quliyev Nuru Nadir oğlu – Şəki Apellyasiya Məhkəməsinin sədri
Abdullayev Vəli Əsgər oğlu – Şirvan Apellyasiya Məhkəməsinin sədri;
ağır cinayətlər məhkəmələri üzrə:
1.2. Rəşad Şəmşir oğlu Əliyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilsin;
1.3. Rafail Əyyub oğlu Əliyev Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilsin.
apellyasiya məhkəmələri üzrə:
2.1. Fikrət Cilingir oğlu Hüseynov Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilsin;
ağır cinayətlər məhkəmələri üzrə:
2.2. Zaur Arif oğlu Hacıyev Bakı Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;
2.3. Günel Kamil qızı Səmədova Bakı Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;
2.4. Azər Ramiz oğlu Tağıyev Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;
hərbi məhkəmələr üzrə:
2.5. Taleh Məhəmmədəli oğlu Mustafayev Goranboy Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə Hərbi Məhkəməsinin hakimi təyin edilsin;
kommersiya məhkəmələri üzrə:
2.6. Gündüz Əhməd oğlu Şirinov Samux Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Gəncə Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilsin;
Bakı şəhərinin rayon məhkəmələri üzrə:
2.7. Vahid Nəriman oğlu Sadıqov Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
rayon (şəhər) məhkəmələri üzrə:
2.8. Tərlan Vaqif oğlu Nüsrətov Cəbrayıl Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Xankəndi Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilsin;
2.9. Şəhriyar İbrahim oğlu Əliyev Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Kürdəmir Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
2.10. Nural Turab oğlu Əliyev Samux Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.