ABŞ məhkəməsi amerikalı sahibkar İlon Maskın “OpenAI” və onun həmtəsisçiləri Sem Altman və Qreq Brokmana qarşı iddiasını rədd edib.
Reyting.az xəbər verir ki, "Nyu-York Tayms" qəzetinin məlumatına görə, münsiflər heyəti ərizənin üç illik məhdudiyyət müddəti bitdikdən sonra verildiyini bildirib.
Xatırladaq ki, 2024-cü ildə qaldırılan məhkəmə iddiasında milyarder Mask, “OpenAI” və “Microsoft”-un startapın kommersiya qurumuna çevrildikdən sonra onun aktivlərindən qanunsuz olaraq mənfəət götürdüyünü iddia etmişdi. O, 150 milyard dollar təzminat tələb etmişdi.
V. Quliyev