Saatlı rayonunda 8 kiloqram narkotik dövriyyədən çıxarılıb.
Reyting.az xəbər verir ki, bunu DİN-nin mətbuat xidmətinin Şirvan regional qrupundan bildiriblər.
Məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 25 yaşlı Zamin Həsənli və həmyaşıdı Pərvin Sevindikov saxlanılıblar.
Onlardan 8 kiloqrama yaxın narkotik vasitə olan heroin və marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.