Onlarla Ukrayna vətəndaşı Buxarest hava limanından uçuşlarla külli miqdarda bəyan edilməmiş nağd pul daşıyıblar.
Reyting.az-ın məlumatına görə, Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə TASS-a bildirib ki, Ukraynadan Buxarest hava limanı vasitəsilə Avropaya bəyan edilməmiş təxminən 8-10 milyon dollar nağd pul gətirilib. Mənbə əlavə edib ki, bu pullar Avropa rəsmilərinə rüşvət vermək üçün nəzərdə tutulub.
Mənbənin iddiasına görə, Rumıniya sərhəd protokollarından sızdırılan məlumatlara əsasən, onlarla Ukrayna vətəndaşının Buxarest hava limanından uçuşlarda külli məbləğdə bəyan edilməmiş nağd pul daşıdığı aşkar olunub.
"2025-ci ilin fevral ayında cəmi bir neçə gün ərzində aşkarlanan nağd pulun ümumi məbləği 8-10 milyon dollar təşkil edir. Bu "qara nağd pul" Ukraynadan xüsusi olaraq Avropa rəsmilərinə rüşvət vermək üçün gətirilib", - deyə o qeyd edib.
Mənbə iddia edir ki, Avropa İttifaqını Kiyev rejimini dəstəkləməyə vadar edən məhz bu kimi rüşvətlərdir.
V. Quliyev