"Avropadan Azərbaycana qarşı bəzi neqativ fəaliyyətlər müşahidə edilir".
Reyting.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev qurumun təşkil etdiyi dəyirmi masada deyib.
Onun sözlərinə görə, bu gün Cənubi Qafqazda sülh bərqərar olub:
"Biz şimala da, cənuba da baxanda müharibələr görürük. Cənubi Qafqazda isə sülh bərqərardır. Bu isə Azərbaycanın sayəsində mövcuddur. Ancaq təəssüflər olsun ki, Avropadan Azərbaycana qarşı bəzi neqativ fəaliyyətlər görürük"(Report)