Advert
Advert

Məşhur aktrisa qısa fasilədən sonra yeni filmə çəkilib - Fotolar

Tarix:
Məşhur aktrisa qısa fasilədən sonra yeni filmə çəkilib - Fotolar
Reklam

Şarliz Teron

Qısa fasilədən sonra yenidən kinoya dönən Hollivudun məşhur aktrisası Şarliz Teronun və aktyor Taron Ecertronun baş rol aldıqları "Zirvə" filminin tizeri təqdim olunub.

Reyting.az xəbər verir ki, ekran əsərinin süjet xətti ekstremal idmanı sevən qadının Avstraliyaya səfəri zamanı təsadüf nəticəsində bir manyak oğlanın diqqətini cəlb etməsindən bəhs edir. Bu naməlum kişi onun “ovuna” başlayır.

Yeni filmin rejissoru Baltasar Kormakurdur.

Trillerin "Netflix" platformasındakı nümayişi 2026-cı ilin 24 aprelinə planlaşdırılıb.

Oqtay QORÇU

Reklam