Fransalı məşhur aktyor Vinsent Kassel yeni "Soulslike" janrında hazırlanmış "Valor Mortis" videooyununda Fransa imperatoru Napoleon Bonapartın obrazını yaradacaq.
Reyting.az "Variety" nəşrinə istinadla bildirir ki, hər il ABŞ-da, həmçinin digər ölkələrdə də təqdimatı keçirilən və "Microsoft" şirkətinin "Xbox Games Showcase" platforması üçün hazırladığı ən böyük oyunlar tədbirində ilk dəfə nümayiş olunan yeni treylerdə Kassel Napoleon rolunda görünüb. Aktyor bildirib ki, Bonapartı canlandırmaq onun üçün də sürpriz olub.
Məlumata görə, tarixi mövzudakı yeni oyunda təsvir olunan hadisələr XIX əsr Avropasının fövqəltəbii versiyasında cərəyan edir və oyunçular dirildilən əsgər Uilyamı idarə edəcəklər.
"Valor Mortis" video oyunu sentyabrın 24-də "PlayStation 5", "Xbox Series X/S", eyni zamanda "PC" platformaları üçün nümayişə çıxarılcaq. Yeni oyun ilk gündən "Xbox Game Pass" abunəliyinə daxil ediləcək.
Layihə Polşanın "One More Level" kino studiyası tərəfindən hazırlanır, videooyunun naşir hüquqları isə "Lyrical Games" şirkətinə məxsus olacaq.
Oyun üzərində iş aparan şirkətlər, eləcə də yaradıcı heyət əminliklə bildirib ki, məşhur fransız aktyoru Vinsent Kasselin canlandıracağı Napoleon Bonapart obrazı oyunu daha cəlbedici etməklə, milyonlarla tamaşaçı toplayacaq.
Oqtay Qorçu