Amerikalı məşhur aktyor Stiven Siqal həddindən artıq siyasiləşmə fonunda Hollivud filmlərini keyfiyyətinin aşağı düşməsinə görə tənqid edib.
Reyting.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Aktyor qeyd edib ki, o, musiqi və kinonu insanları birləşdirməyə qadir olan qüdrətli qüvvə hesab edir. Eyni zamanda, o, Hollivudun hazırda LGBT hüquqlarını müdafiə etdiyini və son 5-6 il ərzində studiya istehsalının keyfiyyətinin kəskin şəkildə aşağı düşdüyünü bildirib.
“Mən bir dəfə yuxarıdan bildiriş aldım ki, filmlərdə müxtəlif cinsi oriyentasiyalı insanlar olmalıdır. Və onlar aktyor heyətinə daxil edilməsələr, əsər Oskar kimi festivallarda təqdim oluna bilməyəcək”, - Siqal deyib.
V. Quliyev