Advert
Advert

Məşhur aktyor quldur obrazını canlandıracaq

Tarix:
 Məşhur aktyor quldur obrazını canlandıracaq
Reklam

Məşhur Hollivud aktyoru Hyu Cekman bu dəfə quldur obrazı ilə ekrana gələcək. Kino ulduzu “Xəzinələr adası” romanı əsasında çəkiləcək yeni ekran əsərində dəniz qulduru Con Silver rolunu canlandıracaq.

Reyting.az xəbər verir ki, yeni kinolayihənin rejissoru Ridli Skott, ssenari müəllifi isə Cek Torndur.

Bu layihəyə bir çox studiyalar maraq göstərsə də, “Karib dənizinin quldurları” franşizası və “20th Century Studios”un “Disney”lə əməkdaşlığı səbəbindən maliyyələşdirmədə və birgə istehsalda iştirakdan imtina ediblər.

Məlumata görə, yaxın vaxtlarda çəkilişlərinə başlanacaq yeni ekran əsərinin süjeti xəzinə xəritəsini tapan və xəzinə adasını tapmaq məqsədilə təhlükəli dəniz səyahətinə çıxan gənc bir oğlanın macəralarından bəhs edir.

Süjet xəttinə əsasən, xəritənin sahibi adada apardığı axtarışlar zamanı hiyləgər və xarizmatik dəniz qulduru kimi tanınan Con Silverlə qarşılaşır. Bu qarşıdurma getdikcə daha da kəskinləşir və gənc qəhrəman təcrübəli quldura qarşı həm fiziki gücünü, həm də ağıllı və düşünülmüş taktiki gedişlərini səfərbər edərək mübarizə aparmağa qərar verir.

Oqtay Qoruçu
 

Reklam