"Marvel Studios" kinostudiyası Hollivud ulduzu Tom Kruzun "Qisasçılar: Gizli müharibələr" filmində əsas rollardan birini canlandırması üçün onunla danışıqlara başlayıb.
Reyting.az xəbər verir ki, bu barədə tanınmış kino insayderi "MyTimeToShineHello" məlumat yayıb.
Tom Kruzun yeni filmdə hansı obrazı canlandıracağı açıqlanmasa da, ehtimal olunur ki, məşhur aktyor Toni Stark (Dəmir adam) rolunda görünə bilər.
Bu məlumat hələlik rəsmi təsdiqini tapmayıb və yalnız Hollivud şayiəsi kimi qiymətləndirilir. Bununla belə, filmlə bağlı bir çox məqam qaranlıq qalsa da, "Qisasçılar: Gizli müharibələr" filminin nümayiş tarixi artıq məlumdur. Yeni ekran əsəri 2027-ci il dekabrın 17-də kinoteatrlarda nümayiş olunacaq.

Oqtay Qorçu