Amerikalı pop-müğənni Britni Spirs restoranda qalmaqalla bağlı xəbərlərdən bir gün sonra sosial şəbəkədə yenidən peyda olub. Müğənni çəhrayı rəngli, dekolteli mini yubkada kameralar qarşısına keçib.
Reyting.az xarici mediaya istimadla xəbər verir ki, 44 yaşlı müğənni sosial şəbəkədə paylaşımına “Parlaq günlər” adı qoyub.
Qeyd edək ki, bir gün əvvəl yerli media Spirsin adını restoranda qalmaqallı insidentlə bağlı məlumatda hallandırıb. Müğənninin davranışı qeyri-ordinar olub: o, restoranda qışqırıb, hürməyi təqlid edib və masasından götürdüyü bıçaqla var-gəl edib. Hadisənin şahidi olan jurnalist Ceff Snayder ifaçının iki yoldaşı ilə şam yeməyi zamanı tez-tez ayağa qalxıb oturduğunu və ortalıqda hərəkət etdiyini bildirib.
Xatırladaq ki, Britni Spirs keçən ay ruhi dispanserə məcburi müalicəyə göndərilmişdi.
E. Quliyev