Advert
Advert

Məşhur musiqi prodüseri vəfat edib

Tarix:
Məşhur musiqi prodüseri vəfat edib
Reklam

Əfsanəvi amerikalı musiqi prodüseri Klayv Devis 95 yaşında dünyasını dəyişib.

Reyting.az bildirir ki, bu barədə onun ailəsi “The New York Times” qəzetinə məlumat verib.

O, Hyuston, Franklin, Smit, Manilov və bir çox digər sənətçinin uğurlarında mühüm rol oynamış prodüserlərdən biri hesab olunur.

Xatırladaq ki, K. Devis may ayının sonunda kəskin yuxarı tənəffüs yolu infeksiyası diaqnozu ilə Nyu-Yorkda xəstəxanaya yerləşdirilmişdi. Həmin vaxt onun nümayəndəsi xəstəxanaya yerləşdirilmənin profilaktik məqsəd daşıdığını bildirmişdi.

K. Devis 1967-1973-cü illərdə “Columbia Records/CBS Records” şirkətinə rəhbərlik edib. 

Sonrdana o, “Arista Records” şirkətini təsis edib və burada da Hyuston, Smit, Combs, Sarah McLachlan və digər tanınmış sənətçilərlə əməkdaşlığını davam etdirib.

V. Quliyev
 

Reklam