Hollivudun məşhur kinorejissoru, ssenarist və prodüseri Stiven Spilberqin yeni çəkdiyi "İfşa günü" adlı fantastik triller amerikalı tamaşaçılar və kino tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib.
Reyting.az xəbər verir ki, "The Hollywood Reporter" nəşrinin yazdığına görə, yeni film rejissorun son 20 ildə ərsəyə gətirdiyi ən uğurlu ekran işlərindən biri hesab olunur.
Tənqidçilər xüsusilə filmin yaratdığı atmosferi, ssenarisini, Con Uilyamsın ekran əsəri üçün bəstələdiyi musiqini və Emili Blantın uğurlu aktyor oyununu yüksək dəyərləndiriblər. Bununla belə, filmin süjeti hələlik məxfi saxlanılır. Hətta tamaşaçılara treylerlərə baxmamaq da tövsiyə olunur ki, ekran əsərinin yaratdığı təəssürat pozulmasın.

Amerikalı rejissor yeni filmi ilə bağlı hələlik mətbuata açıqlama verməyib.
Qeyd edək ki, dünya şöhrətli rejissor Stiven Spilberqin "İfşa günü" filminin nümayişi yaxın həftələrdə baş tutacaq.
Oqtay Qorçu