Məşhur rejissor Martin Skorsezenin Havay adalarının 1960-1970-ci illərdəki kriminal aləmindən bəhs edən yeni filminin ümumi büdcəsi 200 milyon dolları ötüb.
Reyting.az xəbər verir ki, hələlik adı açıqlanmayan ekran əsərində baş rolları Hollivud ulduzları Leonardo Di Kaprio, Dueyn Conson və Emili Blant canlandıracaqlar.
Filmin ssenarisi Nik Biltona məxsusdur. Dueyn Conson isə yeni kino layihəsinin həmmüəlliflərindən biridir.
Ekran əsəri Havay mafiyasının yeganə lideri kimi tanınan, kriminal aləmdə “Neppi” ləqəbi ilə məşhur olan Uilford Pulava və onun rəhbərlik etdiyi cinayətkar sindikatın real tarixindən bəhs edir.
Məlumata görə, bu il ssenarinin yenilənmiş versiyası təsdiqlənərsə, layihə sürətlə istehsalat mərhələsinə keçəcək.
Filmin çəkilişlərinə 2026-cı ildə başlanılması planlaşdırılır.
Oqtay Qorçu