Advert
Advert

Magyarın mövqeyi Aİ-nin mövqeyi ilə üst-üstə düşmür

Tarix:
Magyarın mövqeyi Aİ-nin mövqeyi ilə üst-üstə düşmür
Reklam

Brüssel Budapeştlə gələcək problemlərini proqnozlaşdırır

“Macarıstanın gələcək baş naziri, parlament seçkilərində qalib gələn “Tisza” partiyasının lideri Peter Magyarın Ukrayna ilə bağlı mövqeyi Avropa İttifaqının (Aİ) mövqeyi ilə ziddiyyət təşkil edir. 

Reyting.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Avropa Parlamentinin rumıniyalı deputatı Ceorge Piperea özünün “X” sosial media platformasında yazıb.  

“Bu, onu Brüssel üçün Macarıstanın keçmiş baş naziri Viktor Orbandan daha böyük problemə çevirə bilər. Peter Magyarın bəyanatlarından belə çıxır ki, Macarıstan Ukraynanın Aİ-yə üzvlüyünü qəbul edib-etməməsinə qərar vermək üçün ümumxalq referendumunu təşkil edəcək, ancaq bir şərtlə ki, Ukraynadakı macar azlığının hüquqları bərpa olunsun”, - deyə Piperea qeyd edib.

E. Kamal
 

Reklam