Advert
Advert

Makron Fransadakı iğtişaşları pisləyib 

Tarix:
Makron Fransadakı iğtişaşları pisləyib 
Reklam

Fransa Prezidenti Emmanuel Makron PSJ-nin Çempionlar Liqasının finalındakı qələbəsindən sonra ölkədə baş verən kütləvi iğtişaşları sərt şəkildə tənqid edib.

Reyting.az-ın məlumatına görə, dövlət başçısı təəssüflə bildirib ki, dünən gecənin çox hissəsini Parisdə və digər şəhərlərdə qəbuledilməz zorakılıq səhnələrinin şahidi olublar. 

“Bu, futbol deyil. Bu, idman deyil. Sevdiyimiz şey bu deyil. Məsul şəxslərlə barışmaz olacağıq. Artıq bunu görmək istəmirik. Yetər. Bu, sondur",- deyə Makron əlavə edib. 

Fransa Daxili İşlər Nazirliyinin rəsmi məlumatlarına görə, 15 şəhərdə baş verən küçə iğtişaşları zamanı xuliqan qrupları mağazalara hücum edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Parisdə ümumilikdə 780 nəfəri saxlayıb.

Nazirliyin hesabatlarına görə, toqquşmalar və iğtişaşlar nəticəsində bir nəfər ölüb, 200-dən çox insan müxtəlif dərəcəli xəsarət alıb.

V. Quliyev

Reklam