Fransa Prezidenti Emmanuel Makron iyulun 6-da Suriyaya səfər edib.
Reyting.az xəbər verir ki, bu barədə “France 24” məlumat yayıb.
Yelisey Sarayının açıqlamasına görə, səfər iyulun 7-dək davam edəcək. Fransa lideri Parisin dəstəklədiyi "Azad Suriya"ya dəstəyini ifadə etməyi və ölkədə gərginliyin azaldılmasına töhfə verməyi hədəfləyir.
Təhlükəsizlik səbəbindən səfərlə bağlı məlumat prezidentin Suriyaya gəlişinədək ictimaiyyətə açıqlanmayıb.
Bu, Fransa Prezidentinin Nikola Sarkozinin 2008-2009-cu illərdəki səfərlərindən sonra Suriyaya ilk səfəridir. Həmin səfərlər Bəşər Əsəd rejiminin 2011-ci ildə “Ərəb baharı” etirazlarını qəddarcasına yatırmasından və iki ölkə arasında münasibətlərin pisləşməsindən əvvəl baş tutmuşdu.
E. Kamal