Advert
Advert

Makron: Trampın açıqlamaları NATO-nu zəiflədir

Tarix:
Makron: Trampın açıqlamaları NATO-nu zəiflədir
Reklam

ABŞ prezidenti Donald Tramp NATO-nu açıq şəkildə tənqid etməklə və Vaşinqtonun transatlantik tərəfdaşlığa sadiqliyinə şübhə yaratmaqla Alyansı zəiflədir.

Reyting.az “Bloomberg”ə istinadla xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron bu açıqlamanı Seula səfəri zamanı verib.

Fransa prezidenti, həmçinin, Trampın çərşənbə günü onun və həyat yoldaşı barədə səsləndirdiyi şəxsi xarakterli istehzalı fikirlərə də münasibət bildirib.

Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti D. Tramp NATO müttəfiqlərindən narazılığı ilə bağlı mətbuata açıqlama verərkən fransalı həmkarı E. Makronla telefon danışığından bəhs etmişdi. O, zarafatla Makron haqqında danışaraq həyat yoldaşının onu döydüyünü iddia etmişdi.

V. Quliyev

Reklam