ABŞ dövlət katibi Marko Rubio İranın xarici işlər naziri Abbas Əraqçi ilə heç vaxt danışmadığını bildirib.
Reyting.az xəbər verir ki, bu barədə Marko Rubio “Fox News”-a müsahibəsində deyib.
Amerikanın baş diplomatı Abbas Əraqçi ilə heç vaxt əlaqə saxlamadığını, İran rejiminin çoxdan amerikalılarla birbaşa danışıqları qadağan etdiyini vurğulayıb.
O, iranlı həmkarı ilə heç vaxt danışmadığını, Əraqçinin isə ABŞ nümayəndələri ilə çox nadir hallarda - əsasən dolayı yolla əlaqə saxladığını deyib. M. Rubio onu da əlavə edib ki, yalnız son bir neçə həftədə birbaşa bəzi təmaslar olub.
Y. Qacar