Masallı rayonunda evdə yanğın olub.
Reyting.az APA-ya istinadla bildirir ki, hadisə Qızılağac kəndində fərdi yaşayış evində qeydə alınıb.
Yanğın zamanı evdə olan azyaşlı 2024-cü il təvəllüdlü Məhərrəm Məmmədzadə və onun babası, 1967-ci il təvəllüdlü Camaləddin Abdullayev həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır.