Advert
Advert

Meksika polisi ABŞ-a aparan gizli tunel aşkar edib

Tarix:
 Meksika polisi ABŞ-a aparan gizli tunel aşkar edib
Reklam

Meksika polisi ABŞ-a aparan nəhəng bir tunel aşkar edib.

Reyting.az xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb. 

Yeraltı keçid federal hüquq-mühafizə orqanlarının ölkənin şimal-qərbindəki Nueva Tijuana ərazisində keçirdiyi basqın zamanı aşkar edilib. Altı metrdən çox dərinlikdə yerləşən tunelin uzunluğu təxminən 265 metrdir. Quruluş ABŞ-a qanunsuz giriş üçün nəzərdə tutulub.

Axtarış zamanı polis sursat, mobil telefonlar, bank kartları, rəqəmsal videoqeydiyyat cihazı və onlarla doza metamfetamin müsadirə edib.

V. Quliyev
 

Reklam