ABŞ-ın birinci xanımı Melani Tramp qadın alverində, cinsi zorakılıq cinayətlərində ittiham edilən məhrum Ceffri Epsteyn ilə hər hansı əlaqəsini rədd edib.
Reyting.az-ın məlumatına görə, Melani Tramp bu barədə yerli jurnalistlərə açıqlama verib.
O, Ağ evdə media nümayəndələrinin qarşısında belə deyib: “Məni bədnam Ceffri Epşteynlə əlaqəm barədə yalanlar bu gün sona çatmalıdır”.
Melani onu da bildirib ki, o və həyat yoldaşı ABŞ prezidenti Donald Tramp vaxtaşırı Epşteynlə eyni ictimai tədbirlərə qatılsalar da, o vaxt belə təsadüflər Nyu-York və Palm-Biçin sosial dairələri üçün xarakterik olub:
“Tam aydın olması üçün qəti şəkildə bildirirəm ki, Epsteyn və ya onun ortağı Maksvellə heç vaxt münasibətim olmayıb”.
V. Quliyev