Advert
Advert

Meqapolislərin artım tempi zəifləyəcək

Tarix:
Meqapolislərin artım tempi zəifləyəcək
Reklam

Mövcud şəhərləşmə tendensiyaları davam edərsə, 2100-cü ilə qədər dünya əhalisinin yalnız 38 faizi meqapolislərdə yaşayacaq. Alimlər hesab edirlər ki, böyük şəhərlərin artım tempi əvvəlki proqnozlarla müqayisədə daha zəif olacaq.

Reyting.az xəbər verir ki, “Complexity Science Hub” və “ETH Zurich” tədqiqatçılarının “PNAS” jurnalında dərc olunan araşdırmasına əsasən, əsrin sonuna qədər dünyanın ən böyük şəhərlərində yaşayan insanların sayı əvvəlki proqnozlardan təxminən 450 milyon nəfər az olacaq.

Statistikaya görə, hazırda dünya əhalisinin təxminən 24 faizi əhalisi 1 milyondan çox olan şəhərlərdə yaşayır. Mütəxəssislərin proqnozuna əsasən, bu göstərici 2100-cü ilə qədər 38 faizə yüksələcək. Bununla yanaşı, ölkələrdə şəhərləşmə səviyyəsi artdıqca meqapolislərin böyümə sürəti tədricən azalacaq.

Tədqiqat müəlliflərinin fikrincə, bu nəticələr gələcəkdə nəqliyyat, mənzil təminatı, enerji infrastrukturu və iqlim dəyişikliyinə uyğunlaşma sahələrində qlobal planlaşdırma üçün mühüm əhəmiyyət kəsb edir. Alimlər hesab edirlər ki, bu məsələ düşünüldüyündən daha ciddi nəticələr doğura bilər.

Xatırladaq ki, bundan əvvəl avropalı tədqiqatçılar dünyanın ən varlı 10 faiz əhali qrupunun fəaliyyəti nəticəsində hər il planetə təxminən 3,7 trilyon ABŞ dolları məbləğində ziyan dəydiyini bildirmişdilər. Onların hesablamalarına görə, bu məbləğ təbiətin qorunmasına yönəldilən qlobal xərclərdən bir neçə dəfə çoxdur.

Oqtay Qorçu
 

Reklam