Advert
Advert

Merkel nüvə enerjisindən imtinaya haqq qazandırır

Tarix:
Merkel nüvə enerjisindən imtinaya haqq qazandırır
Reklam

Almaniyanın keçmiş kansleri Angela Merkel siyasi karyerasının ən mübahisəli qərarlarından birinə sadiqliyini açıq şəkildə təsdiqləyib.

Reyting.az xəbər verir ki, Merkel Ətraf Mühit Nazirliyinin 40 illiyi münasibətilə keçirilən mərasimdəki çıxışında iqlimlə bağlı məqsədlərə nüvə enerjisi olmadan da nail olmağın mümkünlüyü tezisini təkrarlayıb. 

Xatırladaq ki, Merkel hökumət başçısı kimi 2011-ci ildə Yaponiyada Fukusima faciəsindən sonra atom elektrik stansiyalarının mərhələli şəkildə dayandırılması təşəbbüsü ilə çıxış etmişdi.

Merkel dünənki çıxışında vurğulayıb ki, bütün digər siyasi çağırışlara və təlatümlərə baxmayaraq, iqlim dəyişikliyi aradan qalxmayıb. O, iqlim dəyişikliyinin cari gündəmdə arxa plana keçməsindən narahatlığını ifadə edib.

Y. Qacar
 

Reklam