Almaniya kansleri Fridrix Merz vəzifəyə başladıqdan sonra internetdəki təhqiramiz paylaşımlarla bağlı artıq polisə şikayət etmədiyini açıqlayıb.
Reyting.az xəbər verir ki, Merz bu barədə DPA agentliyinə müsahibəsində danışıb.
Bununla belə, Almaniyada dövlət məmurlarına, o cümlədən kanslerin özünə qarşı təhqirlərlə bağlı cinayət işlərinin sayında son illər artım müşahidə olunur. Fevral ayında hüquq-mühafizə orqanları Merzi açıq şəkildə “Pinokkio” adlandıran bir alman təqaüdçü barədə araşdırmaya başlamışdı.
Daha əvvəl Almaniyanın nüfuzlu “Welt am Sonntag” nəşri siyasətçinin tənqidlərə qarşı həssas münasibət göstərdiyini yazmışdı.
Nəşrin məlumatına görə, Merz 2021-ci ildən etibarən internetdə ünvanına yazılan təhqirlərlə bağlı məhkəmə və istintaq orqanlarına minlərlə şikayət ərizəsi təqdim edib.
V. Quliyev