Advert
Advert

"Milan" "Liverpul"un müdafiəçisi ilə anlaşmaq istəyir

Tarix:
Reklam

"Milan" müdafiənin sol cinahını yeni oyunçu ilə gücləndirmək istəyir.

Reyting.az xəbər verir ki, bu barədə "Calciomercato" nəşri yazıb.

Qeyd olunur ki, A Seriyası nəhənginin əsas hədəfi "Liverpul"da çıxış edən Endryu Robertsondur. 

Xatırladaq ki, şotlandiyalı futbolçunun İngiltərə klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. Bunu nəzərə alan "Milan" yayda azad agent statusunda olacaq 32 yaşlı sol cinah müdafiəçisi ilə danışıqlara başlamağa hazırlaşır.

Onu da qeyd edək ki, Endryu Robertson 2017-ci ilin yayından "Liverpul"da çıxış edir. Şotlandiya millisinin üzvü bu mövsüm Mersisayd təmsilçisinin heyətində keçirdiyi 30 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.

Reklam