Azərbaycanın 12 yaşadək basketbolçulardan ibarət millisi Gürcüstanın Kutaisi şəhərində keçirilən Gela Darsadzenin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə çıxışını başa vurub.
Reyting.az xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasından bildiriblər.
Qeyd olunur ki, Azərbaycan təmsilçisi iştirak etdiyi ilk beynəlxalq turnirdə 4-cü yeri tutub.