Advert
Advert

Millimiz Şimali İrlandiya komandası ilə qarşılaşacaq

Tarix:
Millimiz Şimali İrlandiya komandası ilə qarşılaşacaq
Reklam

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Reyting.az-ın məlumatına görə, B Liqasının 6-cı qrupunda yer alan U-19 bu gün Şimali İrlandiya komandası ilə qarşılaşacaq.

Matç Litvanın Kaunas şəhərindəki "Raudondvario" stadionunda, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Xatırladaq ki, İlham Yadullayevin baş məşqçisi olduğu Azərbaycan millisi ilk görüşdə meydan sahibi Litvaya uduzub - 0:4.(Report)

Reklam