“Mindiç kasetləri”nin yayılma səbəbi açıqlanıb. Ukraynanın keçmiş baş naziri Nikolay Azarov deyib ki, bu, Ukrayna Milli Antikorrupsiya Bürosunun Prezident Vladimir Zelenskini gözdən salmaq cəhdidir.
Reyting.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, N. Azarovun iddiasına görə, “Mindiç kasetləri”ni yaymaqla V. Zelenskini istefaya məcbur etmək istəyirlər.
N. Azarov deyib ki, niyə məhz indi Mindiçin mənzilindəki söhbətlərin yeni video-yazılarının dərc edildiyini şərh etmək çətindir, çünki bu lentlərin görünməsini izah edə biləcək heç bir şey baş vermir.
Məlumata görə, Ukraynalı müxalif siyasətçilər Zelenskiyə qarşı impiçment elan etmək istəyirlər. Beləliklə, Azarov hesab edir ki, Zelenskini istefaya məcbur etmək məqsədini güdənlər siyasətçinin ətrafını gözdən salmaq cəhdlərini davam etdirirlər.
V. Quliyev