Advert
Advert

Minlərlə insan Nəcəf və Kərbəlaya axın edəcək

Tarix:
Minlərlə insan Nəcəf və Kərbəlaya axın edəcək
Reklam

İraqda İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamnəinin xatirəsinə həsr olunmuş anım mərasimlərinə hazırlıq başladığı bildirilir.

Reyting.az xəbər verir ki, İraq hakimiyyəti müqəddəs Nəcəf və Kərbəla şəhərlərində keçirilməsi planlaşdırılan anım tədbirləri üçün genişmiqyaslı hazırlıq işləri görür.

Bildirilir ki, tədbirlər ölkənin yaxın tarixində ən böyük kütləvi dini toplantılardan biri olacaq.

Rəsmi qurumlar mərasimlərin yüksək səviyyədə təşkili və təhlükəsizliyin təmin olunması üçün xüsusi planlar hazırlayıb.

Məlumata əsasən, İraqın müxtəlif bölgələrindən minlərlə insanın Nəcəf və Kərbəlaya axın edəcəyi proqnozlaşdırılır.

Lakin hələlik bu tədbirlərin rəsmi təsdiqi və dəqiq proqramı ilə bağlı əlavə detallara dair açıqlama verilməyib.

V. Quliyev

Reklam